“Çelsi“də eqoistlərə yer yoxdur“

17 İyun 2013 11:57 (UTC+04:00)
"Çelsi" klubunun baş məşqçisi J. Mourinyo eqoist oyunçulara xəbərdarlıq edib.

O, eqoist oyunçulara klubda yer olmadığını və belələri ilə uğur qazanmağın mümkünsüzlüyünü dilə gətirib: "Bu, getdiyim hər klubda dediyim ilk sözdür. Əgər üst səviyyəli peşəkarsınızsa, eqoist deyilsinizsə və ilk öncə klub gəlir deyirsinizsə, klub üçün 100%-lik bacarığınızı ortaya qoyursunuzsunsa münasibətimiz yaxşı olacaq, amma eqoistsinizsə və azarkeşləri önəmsəmirsinizsə aramızda problemlər yaranacaq".

Portuqal baş məşqçi rəhbərliyin də bu məsələdə onu dəstəkləməsinin vacibliyini qeyd edib.


AzNews.az