Gəncədə 23 yaşlı oğlan bıçaqlanıb

17 İyun 2013 18:09 (UTC+04:00)


Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gəncə şəhər 3 saylı Peşə Məktəbinin yaxınlığında baş verib.

Əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Arzu Həsənov əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Seymur Əhmədovla şəxsi münaqişə zəminində mübahisə edib və onu qarın nahiyəsindən bıçaqlayıb. Dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən S. Əhmədov əvvəlcə özü özünə xəsarət yetirdiyini bildirsə də, polis əməkdaşları ona A. Həsənov tərəfindən bıçaq xəsarətləri yetirildiyini müəyyənləşdiriblər. A. Həsənov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AzNews.az