Lənkəranda zəlzələ baş verdi
18 İyun 2013 06:59 (UTC+04:00)
Lənkəranda 3,5 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, iyunun 18-də saat 04:34-də Lənkərandan 24 km qərbdə zəlzələ qeydə alınıb.
Zəlzələ Lənkəranda 3.0 bala qədər, episentrə yaxın yaşayış məntəqələrində isə 3.0-2.0 bala qədər hiss olunub.
İlkin məlumatlara əsasən, tikililərdə dağıntı olmayıb.
AzNews.az