Bakıda daha iki nəfər intihar edib

18 İyun 2013 10:45 (UTC+04:00)



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Alatava qəsəbəsi ev 2 ünvanında 1974-cü il təvəllüdlü Qayıblı Fərman Böyükağa oğlu özünü asaraq intihar edib. Onun meyiti yaşadığı mənzildən tapılıb.

Oxşar hadisə Suraxanı rayonunda da baş verib. Şərq yaşayış massivi yaxınlığında, "Lukoil" YDM-nin qarşısındakı yarımtikilidə 30-35 yaşlı kişi özünü asaraq intihar edib.

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az