Hava necə olacaq?

18 İyun 2013 10:55 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, yaxın günlərdə gözlənilən temperatur iqlim normasına yaxın olacaq.

İyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu,arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyunun 19-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

AzNews.az