Bakıda maşın restorana girdi - Fotolar

18 İyun 2013 11:51 (UTC+04:00)
Bakıda "VAZ 21015" markalı avtomobili sürətlə hərəkət edərkən şəhərdə fəaliyyət göstərən restoranlardan birinə girib

Milli.Az-ın məlumatına görə, həmin hadisənin fotosu bu gün sosial şəbəkələrdə yayılıb. Facebook sosial şəbəkəsinin istifadəçisinin sözlərinə görə, hadisə ötən gecə baş verib.

Hadisənin baş verdiyi yer Şəmsi Bədəlbəyli küçəsi ilə Səməd Vurğun küçələrinin kəsişməsində yerləşir.

Hadisə nəticəsində xəsarət alanlar barəsində hələ ki, məlumat yoxdur.

Gün ərzində hadisənin təfərrüatları ilə bağlı məlumat verməyə çalışacağıq.

AzNews.az