“Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır“

18 İyun 2013 12:41 (UTC+04:00)
Azərbaycan da daxil olmaqla hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır.

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Bayram Səfərovla görüşdə bildirib.

Filip Lefort görüşdə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı üçün çox vacib məsələdir və qurum Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

Həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd edib ki, Aİ münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

Görüşdə Bayram Səfərov Avropa İttifaqının nümayəndəsinin diqqətinə münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam etdirdiyi çatdırıb. Bununla yanaşı, Bayram Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə həm Avropa İttifaqınından, həm də digər beynəlxalq qurumlardan qətiyyərli mövqe gözləyirik.//trend//

AzNews.az