ANS: “Əmr yox...”
18 İyun 2013 12:46 (UTC+04:00)
ANS telekanalının iki tanınmış aparıcısının işinə son verilib.
Yaylan məlumata görə, adıçəkilən telekanalda yayımlanan "Şoumən" və "Doğruya Doğru" verilişlərinin aparıcıları - Vüsalə Şahvəliqızı ilə Zəminə Əliyeva telekanaldan uzaqlaşdırılıb.
ANS telekanalının ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov məsələ ilə əlaqədar AzNews.az-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Yalandır. Əmr yox, bir şey yox".
Bahar Rüstəmli
AzNews.az