Əhmədinejad yeni seçilən prezidentlə görüşdü - VİDEO

18 İyun 2013 19:35 (UTC+04:00)
İran İslam Respublikasinin yeni seçilmiş prezidenti Həsən Ruhani ölkənin hazırki rəhbəri Mahmud Əhmədinejadla görüşüb.

Verilən məlumatlara görə, Əhmədinejad Ruhanini seçkilərdə əldə etdiyi qələbə ilə bağlı təbrik edib. Mahmud Əhmədinejad yeni formalaşacaq hökumətə səlahiyyətləri ötürməyə hazır olduğunu bildirib: "Hökumət xalq tərəfindən seçilmiş prezidentə və yeni hökumətə bütün vəzifələrini təhvil verməyə hazırdır"

Ötən həftə 51 faiz səslə prezident seçilmiş Həsən Ruhani isə ölkənin hərtərəfli inkişafı üçün çalışacağını bəyan edib: "Növbəti hökumət bütün keçmiş hökumətlərin təcrübələrinə əsaslanaraq və Allahın köməkliyi ilə xalqın üzləşdiyi problemləri aradan qaldırmağa çalışacaq".

Həsən Ruhani həmçinin, beynəxalq ictimiayyətlə daha sıx əməkdaşlıq edəcəyini və Qərbin İrana tətbiq etdiyi sansksiyaları yumşaltmağa çalışacağını ifadə edib.

Xatırladaq ki, yeni seçilmiş prezident Həsən Ruhani vəzifələrini avqustun 3-dən etibarən icra etməyə başlayacaq.//anspress//



AzNews.az