Fəhlələrin istirahət otağı və “Mercedes” yandı

19 İyun 2013 08:10 (UTC+04:00)
Göygöl rayonu, Mollacəlilli kəndində (rayon mərkəzindən 6 km aralı) fəhlələrin istirahəti üçün nəzərdə tutulmuş ümumi sahəsi 118 kv.m olan, taxta konstruksiyalardan ibarət otağın yanar konstruksiyaları 58 kv.m sahədə yanıb.


Həmçinin yaxınlıqda dayanmış "Mercedes" markalı betontökən avtomobilin kabina hissəsi də yanğına məruz qalıb. Bu barədə məlumat Fövqəladə hallar nazirliyindən verilib. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gədəbəy rayonu, Göyəlli kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 13 kv.m olan köməkçi tikilinin tavanı 3 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan, taxta konstruksiyalardan ibarət satış köşkü və içərisinə yığılmış avtomobil ehtiyat hissələri yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az