“Zaminbank” iki nominasiyada təltif edildi

19 İyun 2013 08:24 (UTC+04:00)


13 iyun 2013cü il tarixində "Банкиръ" jurnalının təşkilatçılığı ilə "2013 – etibarlı bank" I –ci Beynəlxalq Müsabiqənin təntənəli təltif edilmə mərasimi keçirilib.

Müsabiqə Ukrayna, MDB, Baltika və Gürcüstan ölkələrinin bankları arasında olub.

"Zaminbank" bu müsabiqədə "Müştərilərə keyfiyyətli xidmət, layihə və bank məhsullarının təqdim edilməsinə görə ən yaxşı bank" və "Caspian Money Transfer pul köçürmə sisteminin MDB ölkələrində aktiv inkişaf etdirilməsi"nə görə xüsusi nominasiyalarda iki mükafatla təltif olunub.

Təltif edilmə mərasimində Ukrayna Milli Bankının və MDB ölkələrinin Mərkəzi Banklarının, Ukrayna və MDB ölkələrinin dövlət və kommersiya banklarının, siyasi və biznes - elitanın , Ukraynada fəaliyyət göstərən diplomatik korpusların, bankların müştəriləri və tərəfdaşları, KİV nümayəndələri iştirak ediblər.

AzNews.az