Dağıstanda avtoqəza: nazir müavini həlak olub

19 İyun 2013 20:09 (UTC+04:00)
Bu gün Dağıstanın Babayurt rayonunda respublikanın sənaye və nəqliyyat nazirinin müavini Qurban Şeyxməhəmmədovun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.


Qəza nəticəsində Qurban Şeyxməhəmmədov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polisin məlumatına görə, qəza iyunun 19-da günorta saatlarında baş verib: məmurun sürücüsü yüngül xəsarət alıb, Qurban Şeyxməhəmmədov isə xəstəxanaya aparılarkən aldığı ağır xəsarətlərdən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

AzNews.az