İqtidar deputatları dalaşdı – Tualetdə

19 İyun 2013 21:55 (UTC+04:00)
Türkiyənin Böyük Millət Məclisinin üzvləri arasında növbəti dava baş verib.



Ancaq bu dəfə dava edən iqtidar və müxalifət partiyasının üzvləri yox, sadəcə iqtidar partiyasının nümayəndələri olub.

Millət vəkilləri dava etmək üçün Məclisin iclas salonunu yox, tualetini seçiblər. "Vatan" qəzetinin yazdığına görə, tualetdə Şamil Tayyarı gören Kutalmış Türkeş onun üzərinə yeriyib.

İqtidardakı AKP-nin İstanbul millət vəkili Kutalmış Türkeş Qaziantepdən seçilən millət vəkili Şamil Tayyarı hədəfə alıb. Bir-birlərini üzərinə yürüyən millət vəkillərinin davasına səbəb Şamil Tayyarın MHP-nin mərhum Başqanı, millət vəkili Kurtalmış Türkeşin atası Alpaslan Türkeşi tənqid etməsi olub.

A.Türkeşin oğlu tualetdə həmkəranı görərək atasının ünvanına söylədiyi sözlərə görə onunla dava edib.

Elnarə
AzNews.az