Azadlıq meydanına hərbi texnika gətirilib

20 İyun 2013 08:03 (UTC+04:00)
Bakı şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar 100-ə yaxın hərbi texnika, o cümlədən zirehli maşınlar Azadlıq meydanına gətirilib.


Trend-in məlumatına görə, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

Paradla əlaqədar bu gün paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub və istiqamət dəyişdirilib.

Avtomobil sürücülərinə bunu nəzərə alaraq qeyd edilən küçələrdə sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzNews.az