Sürücülərə şad xəbər

20 İyun 2013 09:32 (UTC+04:00)
Bakıda hərəkətə məhdudiyyətin qoyulduğu mərkəzi yollardan birinin açılacağı gözlənilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev trend-ə bildirib ki, paytaxtdan Tbilisi prospekti ilə Sumqayıt tərəfə gedən hissədə yeni asfalt örtüyünün çəkilişinin başa çatması ilə əlaqədar olaraq, İzmir küçəsinin kəsişməsindən Həsən Əliyev küçəsinin kəsişməsinədək avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin bu gün saat 12.00-dan etibarən aradan qaldırılacağı gözlənilir.

Həmçinin, şəhər istiqamətində Tbilisi prospekti ilə hərəkət edərkən Həsən Əliyev küçəsi istiqamətinə dönmə əməliyyatına qoyulan qadağa da aradan qalxacaq.

Qeyd edək ki, yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar S.Vurğun küçəsinin M.Mirqasımov küçəsi ilə kəsişməsində də hərəkət məhdudlaşdırılmışdı.

AzNews.az