Röya bəzi həmkarlarını cılız adlandırdı

20 İyun 2013 11:11 (UTC+04:00)
Müğənni Röya xalq artisti İlhamə Quliyevanın onu "şou-biznesin kraliçası" adlandırmasından danışıb.

Axşam.az-ın məlumatına görə, Röya "Onlar" verilişinə açıqlamasında bəzi həmkarlarını cılız müğənni adlandırıb: "Şou-biznesin kraliçasıyam, taxtımda əyləşmişəm. Bu adı mənə verənlərə təşəkkür edirəm. Bəzi cılız müğənnilər var ki, bir vaxtlar əlimdən, çiynimdən öpürdülər, sonradan dedilər Röyanın sənəti yoxdur. İndi gedib uşaq doğublar, oturub ona baxırlar. Çıxıb deyirlər ki, biz pula görə oxuyuruq. Müğənni pula görə oxumamalıdır. Əgər müğənni deyirsə ki, beş manat pul xatirinə oxuyuram, onu silin atın. O, müğənni deyil. Mən kraliçanın o qədər böyük ürəyi var ki, sənətini beş manata satanlara sinə gərirəm.

Xalq artistləri Zeynəb Xanlarova, İlhamə Quliyeva və Alim Qasımov kimi sənətkarlar mənə tərif verib. Onlar isə heç kimdir. Bunu yekəxanalıq bilirlərsə, qoy bilsinlər, vecimə deyillər".

AzNews.az