Taxıl zəmisi yandı – Bərdədə

20 İyun 2013 13:52 (UTC+04:00)
Bərdədə taxıl zəmisi yanıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Bərdə rayonundan AzNews.az-a verilən xəbərə görə, Şirvanlı kəndində baş verən yanğın nəticəsində Sahib Mustafayevə məxsus 2 hektar taxıl sahəsi yanıb.

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi bildirilir.

Ruhiyyə
Aznews.az