Braziliya aksiyalarının Necati Şaşmazı Pele oldu

20 İyun 2013 15:35 (UTC+04:00)
Braziliyada keçirilən aksiyalar da qəhrəmanlar və antiqəhrəmanlar yetişdirməkdədir.

San Paulo və Rio de Janeyrodan alovlanan və əksər şəhərlərə yayılan aksiyalar zamanı 2014 DÇ və Konfederasiyalar Kubokuna qarşı da şüarlar səsləndirilimişdi. Buna cavab olaraq, Pele bir televiziya proqramında belə demişdi: "Bütün bu aksiyaları unudaq, ölkəmiz, canımız olan milli komandanı düşünək".

Bu, sosial şəbəkələrdə böyük əks-səda doğurub. Pele istifadəçilər tərəfindən sərt tənqid olunur. Aksiyaların birində səsləndirilən bu şüar isə daha çox diqqət çəkib: "Bir müəllim Neymardan daha dəyərldir".

Elvin
AzNews.az