Fabrikdə güclü partlayış qeydə alındı

20 İyun 2013 21:41 (UTC+04:00)
Kanadanın Kvebek əyalətində pirotexnika istehsal edən fabrikdə partlayış baş verib.

Olay baş verən yaxın ərazidə yaşayan sakinlər köçürülüb. Mənbə bildirib ki, birinci partlayış Monrealdan 50 km aralıda 9 radələrində olub. Bunun ardınca bir neçə partlayış baş verib.

Fabrik Monreal –Ottava avtomobil şosesinin yaxınlığında yerləşdiyindən ol tamam dağılıb. Şose, ona yaxın dəmiryol magistralı hərəkət üçün qapadılıb.

İlkin məlumata əsasən müəssisədə 6-10 nəfərədək işçi çalışırmış. Hələlik həlak olan və xəsarət alan barədə məlumat verilməyib.//lent.az//

AzNews.az