Spiker Hadı Rəcəblidə səhv tutdu

21 İyun 2013 11:17 (UTC+04:00)
Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinə etirazlar davam edir. Modern.az-ın məlumatlna görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni tənqid edib.

"Bizi nə sayırlar, başa düşmürəm? Ədalətsizliyin əndazəsi yoxu. Guya bizdə söz azlığı ilə bağlı hansısa problem var? Bizə göstəriş verirlər ki, jurnalistlər, bloqerlər, fəallar dərhal azad olunmalıdır. Nə ixtiyarları var belə göstəriş verməyə? İlqar Məmmədovun mərifətinə bələdik. İki dəfə Milli Məclis barəsində tərbiyyəsiz sözlər işlətmişdi. Qoymadınız onu tutdurmağa, ərizə toplamışdıq. Parlament bu boyda təhqirin üstündən keçdi.

Çıxışın bu yerində Oqtay Əsədov komitə sədrinin sözünü kəsərək "tutdurmaq yox, məhkəməyə vermək" deyib.

AzNews.az