“Allahu Əkbər“ deməsi ölümünə səbəb oldu – Dəhşət

21 İyun 2013 15:49 (UTC+04:00)
Qüdsdə mühafizə xidmətinin əməkdaşı "Ağlama divarı" qarşısında "Allahu əkbər!" deyərək əlini cibinə salan şəxsi güllələyib.


İsrailli vətəndaşın heç nə etməyən bir insanı hansı səbəbdən güllələməsi hələ ki, bəlli deyil. İlkin varianta görə, mühafizəçi yəhudilərin ən müqəddəs yeri sayılan "Ağlama divarı" divarının qarşısında " Allahu Əkbər" deyən kişini ərəb terrorçusu zənn edib.

Onun sözlərinə görə, qətli necə törətdiyini xatırlamır. "Sadəcə millətimi, vətənimi düşündüm. Ancaq hansı səbəbdən atəş açdığımı bilmirəm".
"Allahu əkbər!" deyən yerli sakin isə, aldığı bir neçə güllə yarasından yerindəcə keçinib. Hazırda faktla bağlı cinayət işi qaldırılıb.

Aynur Hüseynova
AzNews.az