Kamança ifaçısı Aygün və Brilliantı tanımadı

21 İyun 2013 16:11 (UTC+04:00)
Kamança ifaçısı, xalq artisti Habil Əliyev Azərbaycanın xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanı tanımadığını deyib.

Lent.az-ın məlumatına görə, bunu Habil Əliyev "Xalq qəzeti"nə müsahibəsində deyib. Kamança ustası bu müğənnilərin heç biri ilə münasibəti olmadığını bildirib:

"Onları tanımıram. Onların mənim sahəmə dəxli yoxdur. Mənim nə Aygünlə, nə də Brilliantla heç bir münasibətim yoxdur, ola da bilməz".

AzNews.az