Maşın ağaca çırpıldı: 2 yaralı

21 İyun 2013 21:28 (UTC+04:00)
Yevlax-Bərdə yolunun 15 km-də ağır yol-nəqliyyat hadisəsi baş verib


90 DT 621 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan kənara çıxaraq ağaclara çırpılıb.

Qəzadan dərhal sonra avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Səlimov Fazil Qəşəm oğlu yüngül bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həmin avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Abdullayev Elxan Soltan oğlu isə eyni diaqnozla Təcili Təxirə Salınmaz Tibbi Yardım stansiyasının Yevlax Regional Məntəqəsinə çatdırılıb və ona ilkin ambulator yardım göstərilib. (milli.az)

AzNews.az