Babək prospektində BMW Jeeplə toqquşdu

22 İyun 2013 17:47 (UTC+04:00)
İyulun 22-i saat 18:50 radələrində Bakının Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Az 90 VP 679 dövlət nömrə nişanlı BMW markalı ovtomobil arxadan Az 99 VK 550 dövlət nömrə nişanlı Jeep Grand Cherokee markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilə ciddi zərər dəyməklə yanaşı, BMW-də olan sərnişin ağır yaralanıb. Adı hələlik məlum olmayan yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəzadan sonra Babək prospektində nəqliyyatın hərəkəti təxminən 30 dəqiqədən çox dayanıb. YPX əməkdaşlarının müdaxiləsindən sonra prospektdə hərəkət bərpa edilib.


AzNews.az