Mançester Yunaytedin məşqçiləri “Bakcell Arena”da məşq keçəcək
24 İyun 2013 08:44 (UTC+04:00)
AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində bu gündən etibarən iyunun 28-ə qədər saat 10:00-dan 17:00-dək "Bakcell Arena"da "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən "Mançester Yunayted" yay futbol məktəbinin təlim-məşq toplanışı keçiriləcək.
AFFA-nın rəsmi saytı xəbər verir ki, təlim-məşq toplanışı zamanı bütün məşqlər mətbuat nümayəndələri və azarkeşlər üçün açıqdır.
Qeyd: Məşqlər zamanı mətbuat nümayəndələrinin və azarkeşlərin meydançaya daxil olması qadağandır.
Elvin
AzNews.az