Erməni futbolçu “Liverpul“a keçir

24 İyun 2013 11:53 (UTC+04:00)
Ermənistan yığmasının hücumçusu Henrik Mıxitaryan İngiltərə klubuna keçir. Futbolçunun məxsus olduğu "Şaxtyor" klubu ilə "Liverpul"un transfer barədə razılaşdığı bildirilir. Ukrayna mətbuatının yaydığı xəbərə görə, artıq tərəflər razılığa gəlib və Mıxitaryan İngiltərəyə köçməyə hazırlaşır.

Xatırladaq ki, geridə qalan mövsüm ərzində "şaxtaçılar"ın heyətində 44 matç keçirək erməni futbolçu 32 qol vurub.


Elvin

AzNews.az