Uşaq teatrı Türkiyəyə səfər edib

24 İyun 2013 16:19 (UTC+04:00)
Bakı Uşaq Teatrı "Türk Xalqlarının Teatrı" layihəsi çərçivəsində Türkiyədə səfərdədir. Teatr bu səfərdə iki ölkə aktyorlarının iştirak etdiyi "Sıravi dursun" tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, sözügedən tamaşanın rejissoru İntiqam Soltandır. "Sıravi dursun" 24 iyunda Merzifon, 25 iyunda Samsun, 26 iyunda isə Girəsun şəhərində nümayiş olunacaq.

Bahar Rüstəmli
AzNews.az