2 nəfəri cərəyan vurub öldürdü - Beyləqanda

25 İyun 2013 11:26 (UTC+04:00)
İyunun 24-də Beyləqan rayonunda ölümlə nəticələnən 2 bədbəxt hadisə baş verib.AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2-ci Şahsevən kənd sakini Sevindik Əliyev həyətində təmir işləri apararkən, Bünyadlı kənd sakini Əminə Məmmədova evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az