Qadınlara ofisiant işləmək qadağan edildi

25 İyun 2013 15:02 (UTC+04:00)
Səudiyyə Ərəbistanında rəsmi şəkildə qadınlara ofisiant işləməyə qadağa qoyulub.

Bu qərar ölkənin bəzi yerlərində narazılıqla qarşılansa da, hökumət verilən qərara heç bir izahat gətirməyib. Məlumat üçün deyək ki, Səudiyyə Ərəbistanı ən sərt şəriət qanunları ilə idarə edilən ölkələrdən biridir. Və bu yeganə ölkədir ki, burada qadınlara maşın sürməyə icazə verilmir.

Aynur Hüseynova
AzNews.az