10 yaşlı uşaq çayda boğuldu

26 İyun 2013 11:14 (UTC+04:00)
Masallıda bədbəxt hadisə nəticəsində 10 yaşlı uşaq ölüb.

Musaküçə kəndində yaşayan 2000-ci il təvəllüdlü Yusif Hüseynov Viləş çayında çimərkən boğulub. Uşağın meyiti çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.(anspress)

AzNews.az