Qəzəbli sərnişin pilotu döydü - VİDEO

26 İyun 2013 12:31 (UTC+04:00)
Vaşinqton aeroportunda qəzəbli sərnişin piota hücum edərək onu döyüb. Buna səbəb təyyarənin gecikməsi olub. 53 yaşlı Donald Qinin döydüyü şəxs "United Airlines"in piloti olub.

Hadisəni digər sərnişinlər mobil telefonları ilə qeyd etdiklərindən tezliklə sisial şəbəkəlrədə bu barədə məlumatlar yayılıb. Pilotu döyən yaşlı şəxsin həmin an sərxoş olduğu və hərəkətlərinə nəzarəti itirdiyi qeyd olunur.

Kadrlardan görünür ki, sərnişin əvvəlcə pilotu təhqir etməyə başlayıb və daha sonra üzərinə hücum edib. Pilotu döyən sərnişin dərhal həbs edilib və ona qarşı icitmai yerdə sərxoş vəziyyətdə olmaq və aeroport əməkdaşına xəsarət yetirmək ittihamları irəli sürülüb.




Elnarə
AzNews.az