Qaradağ rayonunda yanğın

27 İyun 2013 18:33 (UTC+04:00)
Bakının Qaradağ rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlədə yanğın baş verib. Yanğın nəticəsində tövlənin damına yığılmış 800 kq ot bağlaması, tövlənin qapı və pəncərə çərçivələri qismən və tövləyə bitişik olan, orta məktəbin ərazisində ümumi sahəsi 40 kv.m olan təsərrüfat otağının dam örtüyü 10 kv.m sahədə yanıb.

Tövlənin və təsərrüfat otağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az