Maşınla qohumunun üstündən keçdi- QƏTL

28 İyun 2013 08:02 (UTC+04:00)
Siyəzən rayonunda dəhşətlıi qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhər sakini, 36 yaşlı Ələsgərov İlham Ələjdər oğlu və həmyerlisi, 39 yaşlı Məmmədov İsrafil Dadaş oğlu aralarındakı mübahisəyə son qoymaq üçün dəniz sahilinə gəliblər.

Rayonun Həmyə kəndi ərazisində dəniz sahilində İ. Ələsgərov İ. Məmmədovu döyüb, sonra isə 90 RD 246 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobillə onun üstündən keçərək, öldürüb.

Qətlə yetirilən şəxsin meyiti müayinə üçün Xaçmaz morquna gətirilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qatilin və qətlə yetirilən şəxsin qohum olduqları bildirilir.

AzNews.az