Müdafiə Nazirliyindən Rövşən Əkbərov açıqlaması

28 İyun 2013 14:55 (UTC+04:00)
Müdafiə Nazirliyi iyunun 26-da "Azadlıq" meydanında keçirilən hərbi paradda Şəmkir Hərbi Birləşməsinin komandiri general Rövşən Əkbərovun dəvət edilməməsi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətini rəhbəri Eldar Sabiroğlunun AzNews.az-a verdiyi məlumata görə, bu barədə yayılan xəbərlər tamamilə yalan və təxribat xarakterli dezinformasiyadar:

" Məlumatı ötürən mənbə xüsusi niyyətlə belə bəsit və uydurma fikrin yayılmasında maraqlı olub. Bir daha bildiririk ki, xəbər kökündən yalnışdır. Bütün hərbi birləşmə komandirləri parada dəvət olunub və hamısı da iştirak edib".


Elnarə
AzNews.az