İranda 6 nəfər casusluqda ittiham olunaraq saxlanıldı

29 İyun 2013 11:48 (UTC+04:00)
İranda 6 Slovakiya vətəndaşı casusluqda ittiham olunaraq həbs edilib.

Bu barədə Slovakiya Xarici İşlər Nazirliyi məlumat yayıb:

"Biz bu haldan xəbərdarıq və əmin ola bilərsiniz ki, bütün zəruri tədbirlər görülür. Bizim Tehrandakı nümayəndəliyimiz saxlanılan vətəndaşlarımızla və İran tərəfi ilə birbaşa əlaqə saxlayır".

İran tərəfinin verdiyi məlumata görə, slovaklar İranın hərbi və sənaye obyektlərinin fotolarını çəkiblər.

Elcin CanTuran
AzNews.az