Azarkeşlər Salih Uçanı təhqir etdilər

29 İyun 2013 12:17 (UTC+04:00)
"Fənərbağça"nın gənc futbolçusu təhqirə məruz qaldı.

Türkiyədə keçirilən U 20 Dünya Çempionatı zamanı qardaş ölkə seçməsinin Avstraliya ilə keçirdiyi matç zamanı azarkeşlər Salih Uçanı təhqir edib.

"Trabzonspor" və "Fənərbağça" arasındakı gərginliyin milli seçmə səviyyəsində də biruzə verilməsi sosial mediada sərt tənqid olunub.

Qeyd edək ki, matç türklərin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Elvin CanTuran
AzNews.az