İsveçrə Parlamentinin sədri Azərbaycana gələcək

29 İyun 2013 12:33 (UTC+04:00)
Sabah İsveçrə Parlamentinin sədri Filippo Lombardinin Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Filippo Lombardi Azərbaycan rəsmiləri ilə görüş keçirəcək. Görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

AzNews.az