Xəzərdə Rusiya ilə İranın birgə dəniz təlimləri başlayır

29 İyun 2013 13:18 (UTC+04:00)


Rus Donanmasının rəsmisi ölkəsinin İranla Xəzər dənizində ortaq təlimlər keçəcəyini açıqlayıb.
Xəbər Rusiya və İran rəsmilərinin görüşündən sonra açıqlanıb. İran donanmasına aid iki gəmin artıq Astraxan limanında olduğu bildirilir.
Xatırladaq ki, iki ölkənin ilk ortaq təlimləri 2009-cu ildə baş tutmuş, təlimlərdə 30-a yaxın gəmi iştirak etmişdi.

Elvin
AzNews.az