Azərbaycanda 31 qəzetə 1 milyon manat ayrıldı - SİYAHI

29 İyun 2013 14:45 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyinə iki məsələ daxil edilib:

- 2013-cü ilin II yarımilliyi üçün KIV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;

- Növbəti il üçün KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə şərtlərinə yeniliklərin edilməsi.

Milli.az bildirir ki, Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2013-cü ilin II yarımilliyi üzrə KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə qatılmaq üçün Fonda 32 redaksiyadan layihə təklifi daxil olub. Sənədlər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.

Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri tiraj, yayım və dövrülük şərtlərini nəzərə alaraq, 31 qəzet redaksiyasına maliyyə yardımının ayrılmasına qərar verib.

Bir redaksiyanın ("Bütov Azərbaycan" qəzeti) sənədlərinin isə müsabiqə şərtlərinə uyğun olmadığı aşkarlanıb.

Gündəlikdə duran növbəti məsələni müzakirə edən Müşahidə Şurasının üzvləri bildiriblər ki, növbəti ildə müsabiqə şərtlərinə yeniliklər edilməsi vacibdir. Qərara alınıb ki, növbəti müsabiqə ilində müsabiqəyə qatılmaq istəyən KIV-lərin tirajının 2500, yayımının isə 1000 nüsxədən artıq olması şərtləri nəzərə alınsın. Bu barədə redaksiyalara müvafiq bilgilərin verilməsi qərara alınıb.

2013-cü ilin II yarımilliyi üçün KIV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri:

1. "Yeni Azərbaycan" qəzeti - 60 000

2. "Yeni Müsavat" qəzeti - 60 000

3. "Ayna-Zerkalo" qəzeti - 60 000

4. "Azadlıq" qəzeti - 60 000

5. "Səs" qəzeti - 60 000

6. "Kaspi" qəzeti - 60 000

7. "Mövqe" qəzeti - 60 000

8. "Ədalət" qəzeti - 60 000

9. "525-ci" qəzet - 60 000

10. "Bakı-Xəbər" qəzeti - 60 000

11. "Olaylar" qəzeti - 60 000

12."Ekspress" qəzeti - 60 000

13. "Palitra" qəzeti - 60 000

14. "Paralel" qəzeti - 40 000

15. "Həftə Içi" qəzeti - 40 000

16. "Azad Azərbaycan" qəzeti - 40 000

17. "Şərq" qəzeti - 40 000

18. "Xalq Cəbhəsi" qəzeti - 40 000

19. "Futbol+Qol" qəzeti - 40 000

20."Bizim Yol" qəzeti - 40 000

21. "Novoye Vremya" qəzeti - 30 000

22."Futbol+" qəzeti - 30 000

23. "Üç Nöqtə" qəzeti - 30 000

24. "Olimpiya Dünyası" qəzeti - 20 000

25. "Oxu Məni" qəzeti - 15 000

26. "Azernews" qəzeti - 20 000

27. "Reytinq" qəzeti - 10 000

28. "Təhsil Problemləri" qəzeti - 8 000

29. "The Business Times" qəzeti - 8 000

30."Hərbi And" qəzeti - 8 000

31."Türküstan" qəzeti - 8 000

AzNews.az