“Əsas odur ki, siz bizə inanasınız“- Abbas Abbasov

29 İyun 2013 19:32 (UTC+04:00)
İyunun 28-də "AzerRos" Rusiya Azərbaycanlılarınnın Federal Mədəni Muxtariyyətinin Federal Şurasının birinci iclası keçirlib.

Bu barədə Modern.az-a AzerRos"un mətbuat xidmətindən məlumat verilib. İclasda qurumun Ağsaqqalar Şurasının sədri Abbas Abbasov, prezidenti Asif Məhərrəmov, Moskva, Sankt –Peterburq, Kostroma, Çelyabinsk, Yaroslavl və digər şəhər və vilayət təşkilatlarının nümayəndələri iştirak edib. Bundan başqa iclasda fəxri qonaq qismində Rusiya Bəstəkarlar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi Asya Sultanova, şərqşünas alim, tarix elmləri namizədi Əbdul Hüseynov və tanınmış yazıçı Çingiz Hüseynov qatılıb.
İclası açan Asif Məhərrəmov qeyd edib ki, "AzerRos"un 5 –ci qurultayından beş ay ötüb. Bu qurultayda Federal Şuranın tərkibi və rəhəbəri Tahir Hacıyev təsdiqlənib. "AzerRos"un Nizamnaməsinə edilən bütün dəyişikluklər daxil edilib və Rusiya Ədliyyə Nazirliyi tərəfindən 20 may 2013-c ildə qeydiyyatdan keçib".

"AzerRos"un prezidenti bildirib ki, qurultaydan dərhal sonar Rusiya Federasiyasının bütün subyektlərinin rəhbərlərinə məktub göndərilərək orada fəaliyyət göstərən azərbaycanlı təşkilatlarının sayı barədə məlumat verilməsi xahiş edilib. "Biz Rusiya Federasiyasının 72 subyektindən cavab aldıq. Məlum oldu ki, Rusiya ərazisində azərbaycanlıların 59 milli-mədəni muxtariyyəti fəaliyət göstərir. Onlardan 40-ı Federal Milli Mədəni Muxtariyyətin regional təşkilatıdır. Bundan savayı 29 təşkilat Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəlikləridir. Bütövlükdə Rusiyada azərbaycanlıların 700-dən artıq ictimai təşkilatları var. Bu təşkilatlar təəssüf ki, parçalanmış vəziyyətdədirlər. Bu təşkilatalrın fəaliyyətinin koordinasiya edilmək imkanı olmadığından ortaya çıxan problemləri həll etmək mümkün olmur"-deyə Məhərrəmov bildirib.

A. Məhərrəmov qeyd edib ki, keyfiyyətli və səmərli işin aparılması Federal Şuranın və onun rəhbərinin işindən çox asıldır. Daha sonra iclasda "AzerRos"un fəaliyyətindən bəhs edən slayid-şou göstərilib. İclasda həmçinin "AzerRos"un 2013-cü il üçün tədbirlər planı açıqlanıb və təsdiq edilib.

Bundan sonra "AzerRos"un Federl Şurasının sədri postuna seçkilər keçirilib. Qurultay tərəfindən bu vəzifəyə namizədliyi itəli sürülmüş Tahir Hacıyev öz namizədliyini geri götürüb və Mehriban Sadıqovanın namizdəliyin irəlü sürüb. Tahir Hacıyev bildirib ki, hazırkı vəziyyətdə onun Federal Şuranın sədrinin funksiyasını tam şəkildə icra etmək imkanı yoxdur. O qeyd edub ki, yeni namizəd onu əvəz edəcək layiqli şəxsdir. Federasiya Şurasının üzvlərinin əksər səs çoxluğu ilə Mehriban Sadıqova Şuranın sədri postuna seçilib.

İclasda həmçinin "AzerRos"un 2013-cü il üçün büdcəsinin təsqidi, qurma qəbul qaydalarını müəyyən edən layihə, Federal Şuranın reqlamenti, simvolları və himni ilə bağlı məsələ müzakrə edilib.

İclasda bəzi dəyişiklikər etməklə simvolları təsdiq edib. Federal Şuranın iclasında "AzerRos"un himni təsdiq edilib. Bəstəkarı Asya Sultanova sözləri Nəsib Nəbioğluna məxsus himn iştirakçılara təqdim edilib. "AzerRos" Ağsaqqalar Şurasının sədri Abbas Abbasov çıxış edərək iclada iştriak edənlərə təşəkkürünü bildirib. O vurğulayıb ki, bu günkü toplantı mühümdür. "Müxtəlif regionlardan gələn nümayəndlər bir ailə kimi toplaşaraq öz gələcklərini, və problemlərin həlli yolunu müzakirə etdilər"-deyən A.Abbasov vurğulayıb ki, təşkilatın əsas missiyası Rusiyada yaşayan azərbaycanlıalrın rahat həyatını təmin etməkdən ibarətidr.
"Biz çoxmillətli Rusiyanın bir hisəssiyik. Bizim əsas məqsədimiz təkcə öz xalqımızın deyil, həmşnini rus xalqının mədəni ənənələrinə hörmət etməkdir. Biz bütün xalqlarla münasibətlərimizi dostluq, qarşılıqlı hörmət əsasında qurmalıyıq". –deyə A.Abbasov bildirib.

A.Abbasov bildirib ki, Rusiyanın hər regionunda yaşayan azərbaycanlılar arasında istedadlı və uğur qazanan adamlar az deyil. "Amma azərbaycanlı icmaları pərakəndəlik üzündən hələlik lazımi güclə işləyə və ona görə də öz maraqları üçün lobbiçiliyi təşkil edə bilmirlər"-deyən A.Abbasov Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı (RATİ) və "AzerRos"un rəhbərliyi altında birləşməyə çağırıb.

"Biz həmvətənlərimizə , icmalarımzın daha güclü olmasına kömək etməyə hazırıq. Əsas odur ki, siz bizə inanasınız. Bizim mədəni inkşaf, xalqımızın dili,ənənləri, xeyriyyəçikilə bağlı çox böyük planlarımız var. Biz iqtiasadi münasibətləri inkişaf etdirmək niyyətindəyik. Bunun üçün biznes-strukturları yaradacağıq. Bu sturkturlara ilk növbədə bizim həmfikirlər və tərəfdaşlarımız cəlb olunacaq"-deyə A.Abbasov vurğulayıb.

AzNews.az