Qara dəniz sahillərində ölü delfinlər tapıldı

30 İyun 2013 08:59 (UTC+04:00)
Gürcüstanın Qara dəniz kurortu Anakliyanın sahillərində 7 ölü delfin tapılıb.

Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildiriblər ki, ölü delfinləri "Yaşıl qurşaq" təbiətin mühafizəsi təşkilatının əməkdaşları tapıblar.

İlkin versiyaya görə, delfinlər balıqçıların toruna düşərək ölüblər. Delfinləri sudan çıxaran balıqçılar onları sahildə atıblar.

Delfinlərin qeyri-qanuni ovun qurbanı olması da ehtimal edilir.
Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az