9 nəfər anormal istilərin qurbanı oldu
11 İyul 2013 19:41 (UTC+04:00)
Yaponiyada artıq 5 gündür davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.
APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli NHK telekanalı məlumat yayıb. Məlumata görə, ölənlərdən 8 nəfəri 60-80 yaşında olub, onların evlərinin kondisionerlə təchiz olmadığı qeyd olunur.
Bundan başqa, 1 200-dək insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Həkimlər insanları anomal istilərlə bağlı ehtiyatlı olmağa çağırır.
AzNews.az