Müğənni Lalə Məmmədova boşanıb?

15 İyul 2013 16:28 (UTC+04:00)
Əməkdar artisti Lalə Məmmədovanın həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbət yayılıb.

Bu barədə məlumatı show.az saytı yayıb.

Sayt yazıb ki, müğənni bir müddət öncə həyat yoldaşından rəsmən boşanıb və bu məsələ hələlik gizli saxlanılır.

Müğənni Lalə Məmmədova özü isə bu barədə AzNews.az-a açıqlamasında deyib ki, haqqında yazılanlar şaiyədir: "Bu şaiyədən başqa bir şey deyil. Bu barədə məlumat vermirik. Vaxtı çatanda hər şey açıqlanacaq".

Bahar Rüstəmli
AzNews.az