Türkiyənin şərqində güclü partlayış

16 İyul 2013 14:20 (UTC+04:00)
Türkiyənin Diyarbəkir vilayətində güclü partlayış baş verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, partlayış nəticəsində 6 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

AzNews.az