Böyük Teatrda faciə

17 İyul 2013 19:50 (UTC+04:00)
Moskvada Böyük Teatrın skripkaçısı Viktor Sedov səhnədə baş vermiş faciə nəticəsində dünyasını dəyişib.

65 yaşlı musiqiçi dünən Yeni səhnədə yıxılıb və zədə alıb. Xəstəxanaya aparılan skripkaçı bu gün dünyasını dəyişib.

Sosial şəbəkədə həmkarları onun orkestrin çuxuruna düşərək öldüyünü bildirirlər. Qeyd edək ki, bu, Rusiya teatrlarında ikinci dəfə oxşar ölüm hadisəsidir. Bu il martın 13-də Perm Opera Teatrında baş recissor Olqa Enns də orkestr çuxuruna yıxılaraq başından zədə almışdı və iyirmi gündən sonra keçinmişdi. (anspress)

AzNews.az