Türkiyə-Suriya sərhədində növbəti silahlı insident
20 İyul 2013 12:06 (UTC+04:00)
Türkiyənin Suriya ilə sərhədində növbəti silahlı insident baş verib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Suriya tərəfindən açılan atəş nəticəsində Hatay vilayətinin Altınözü qəsəbəsi yaxınlığında xidmət edən 1 çavuş və 3 əsgər yaralanıb.
Bildirilib ki, onların həyatları üçün heç bir təhlükə yoxdur. Yaralılar Antakya Dövlət Xəstəxanasına yerləşdirilib.
AzNews.az