Günəş batareyalarının qiyməti 7 dəfə ucuzlaşacaq

23 Avqust 2013 18:48 (UTC+04:00)
İsveçrənin Lozanna Federal Politexnik Məktəbi və Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alim fizikləri bildiriblər ki, onlar günəş batareyalarının istehsal dəyərini xeyli dərəcədə azaltmaq üçün üsul tapıblar.

Sirr ondan ibarətdir ki, adi silisiumun əvəzinə perovskit mineralından istifadə edilir.

Sözügedən mineral ilk dəfə hələ 2009-cü ildə günəş batareyalarının yaradılmasında istifadə edilib, lakin o zaman yaradılan batareyaların qiyməti ucuz olsa da, günəş enerjisinin yalnız 3.5%-ni elektrik enerjisinə çevirirdi. Bir sıra təkmilləşdirilmələrdən sonra yeni perovskit günəş batareyalarının faydalı iş əmsalı 15% təşkil edib. Alimlər deyiblər ki, bu göstəricini 25%-dək təkmilləşdirmək olar.

AzNews.az