Saakaşvili 238 məhbusu əfv etdi
29 Avqust 2013 07:58 (UTC+04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvili dini bayram münasibəti ilə 238 məhbusu bağışlayıb.
Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, penitensiar xidmət və hüquqi yardım nazirinin müavini Giqa Giorqadze əfv olunanların hamısının avqustun 28-də həbsxananı tərk etdiklərini söyləyib.
Bağışlananlar arasında iki yeniyetmə də var. Onlardan birinin həbs müddəti iki dəfə azaldılıb.
Nazir müavini bildirib ki, 6 məhbus qadın da azadlığa buraxılıb. 7 qadının isə həbs müddəti iki dəfə azaldılıb.
AzNews.az