Hava necə olacaq?

3 Sentyabr 2013 10:53 (UTC+04:00)
Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, sabah mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Sentyabrın 4-də Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrdə gecə və axşam qısa müddətli yağış yağma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü, güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

AzNews.az