Cəbhədə vəziyyət gərginləşib

25 Sentyabr 2013 07:52 (UTC+04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az